Bu gün Azərbaycanda maska qıtlığı var, amma bu problem yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir.
Bunu Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov "Real" TV-nin efirində deyib.
İ.Məmmədov əlavə edib ki, bu gün Azərbaycanda koronavirusa yoluxanların sayında həndəsi artım müşahidə edilir.
NK rəsmisi ümid edir ki, aprelin 20-dək koronavirusla bağlı vəziyyətdə dönüş nöqtəsi yaranarsa, həmin müddətdən sonra məhdudiyyətlər azalar.
Şərhlər